Vəzifə öhdəlikləri: Şirkətin müxtəlif məhsul və xidmətləri ilə bağlı marketinq və kommunikasiya planlarının hazırlanması; Marketinq imkanlarını müəyyən etmək məqsədilə bazar araşdırmalarının keçirilməsində dəstək göstərilməsi, rəqiblərin fəaliyyəti və tendensiyaların təhlil edilməsi; Rəqəmsal marketinq kampaniyaları və tədbirləri proqramlarının hazırlanması, eləcə də həyata keçirilməsinə nəzarət edilməsi və izlənilməsi; Strateji və taktiki marketinq təşəbbüslərinin irəli sürülməsi və nəzarət edilməsi məqsədilə digər şirkətdaxili komandalarla (məsələn, biznes inkişafı və satış) əməkdaşlıq edilməsi; Kommunikativ kampaniyaların nəticələri və səmərəliliyinin təhlil edilməsi və müvafiq hesabatların verilməsi; Xidmət və məhsulların marketinqi və satışına dəstək göstərilməsi məqsədilə müxtəlif reklam materiallarının hazırlanmasına nəzarət edilməsi; Marketinq kommunikasiyasına aid olan məzmunun yoxlanılması və lazımı hallarda tövsiyələrin verilməsi; Marketinq kommunikasiyasını həyata keçirmək məqsədilə reklam agentlikləri və digər aidiyyatı olan şirkətlərlə əməkdaşlıq edilməsi.Vəzifə üzrə tələblər: Ali iqtisadi (Marketinq, Biznesin idarə edilməsi və.s) təhsil; Marketinq üzrə FARM şirkətində ən az 3 il iş təcrübəsi mütləqdir. Əla səviyyədə Microsoft Office proqramları bilikləri; Marketinq üzrə Beynəlxalq Sertifikatların olması üstünlükdür; Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq; Azərbaycan dili və səlis rus dili biliyi mütləqdir. Komanda şəklində işləmək bacarığı; Hesabatlıq və təqdimat bacarığı; Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.İş şəraiti: 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; Korporativ nömrə ilə təmin olunma ; əmək haqqı – 1500 AZN