Təsvir: Vəzifə təlimatlarının hazırlanması və saxlanması; İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, kadr seçimi zamanı rəhbər ilə tərəfdaşlıq edilməsi; Əmək haqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə olunmasında iştirak edilməsi; Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları təhlilinin (DNA) düzgün aparılması üçün birbaşa rəhbərin istiqamətləndirilməsi; Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi: hədəflərin təyini, yarımillik baxış, 360 dərəcə qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma; Əmək münasibətləri məsələlərinin həll edilməsi; Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak edilməsi, təkliflərin verilməsi və sənədləşdirilmədə köməkliyin göstərilməsi; İnsan resursları üzrə layihələrdə aktiv iştirak edilməsi, cavabdehliyin daşınması; Strateji işçi qüvvəsinin qiymətləndirilməsi / seçimi / irəli çəkilməsi məqsədilə, daxili və xarici namizədlər üçün qiymətləndirmə mərkəzi və vasitəsindən istifadə olunması. Tələblər: Təhsil: Sosial elmlər, iqtisadiyyat sahəsi üzrə Bakalavr dərəcəsi; Tələb olunan iş təcrübəsi: İşə qəbul, təlim və ya digər İR sahələri üzrə minimum 3 (üç) il; Xarici dillər: ingilis (səlis); Kompüter bilikləri: Microsoft Office; Məhsul üzrə biliklər: Bütün İR transformasiya prosesləri (işə qəbul, fəaliyyətin qiymətləndirilməsi, təlim və inkişaf, güzəşt və mənfəət); Bazar üzrə biliklər: AR Əmək Məcəlləsi; Digər bacarıqlar: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşünmə və özünü inkişafı təbliğ etmə bacarıqları.