Təsvir: Məhsulun xususiyyətinə uyğun priotiplərin çəkilməsi; Məhsul çərçivəsində araşdırmaların hazırlanması və həyata keçirilməsi; Müştəriləri istəklərini toplamaq və nəticə şəklində qeyd etmək; İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək vermək; Sketch, Adobe Photoshop və Adobe Illustrator kimi dizayn alətlərini istifadə etmək və təkmillərşdirmək; PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq. Tələblər: Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 2 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması biliklərinin olması üstünlükdür; Texnoloqiyalar vasitəsi ilə keyfiyyətli məhsullar və biznes həllərin yaradılması təcrübəsi; Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər; İnterfeyslər, veb-saytlar, mobil tətbiqetmələr və adaptiv dizayna aid dizayn işlərinə daha çox önəm verilir; Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Sketch, Adobe Suite və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi; Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi; Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər.