Vəzifə öhdəlikləri: Bankın daxili brendinqi ilə bağlı qrafik dizaynları, habelə Bank tərəfindən təşkil olunan PR tədbirləri üçün zəruri çap və digital reklam materialların Bankın brendbukuna uyğun dizaynını hazırlamaq; İnsan resursları ilə bağlı Dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyası; Bankın daxili kommunikasiya layihələrinin hazırlanmasında iştirak etmək; Yaradıcı düşünmə tərzinə malik olmaq və təsir edici konsepsiyalar təqdim etmək; Rəqibləri qabaqlamaq üçün bazarda olan trendlərdən daim xəbərdar olmaq; Yeni ideyaları analiz etmək və ən yaxşılarını komanda üzvlərinə ötürmək; Layihələrin yüksək keyfiyyətlə və vaxtında tamamlanmasını təmin etmək və rəhbərliyi layihələrin mərhələlərindən xəbərdar saxlamaq; Sosial media kanalları üçün qrafik postların hazırlanmasını təmin etmək. Tələblər: Ali təhsil; Dizayn üzrə minimum 3 il iş təcrübəsi (3D və AI üzrə texniki bilik və bacarıqlara üstünlük veriləcək); Azərbaycan və ingilis dillərində yüksək yazı və ünsiyyətqurma qabiliyyəti; Mövcud dizayn alətləri və proqram təminatı ilə işləmək bacarığı; Yaradıcılıq və innovasiya bacarığı; Komandada işləmək bacarığı.