Qaynaq prosesini planlaşdırmaq: Prosedurları oxumaq və iş tapşırığını başa düşmək; İş ardıcıllığını planlaşdırmaq; İş sahəsini təhlükəsizlik prosedurlarına uyğun olaraq hazırlamaq; Verilmiş materialda gözlənilən nəticələri əldə etmək üçün müvafiq elektrodlar seçmək, onları birləşdirmək, qazlardan (oksi-asetilen və arqon), arqon qaynaqlama həmçinin digər qaynaqlama metodlarından istifadə etmək, enerji mənbəyini yoxlamaq və uyğunlaşdırmaq. Prosedurun tələbinə uyğun olaraq, qaynaq alətlərindən istifadə etməklə, iş hissələrini ilkin isitmək; Düz, üfüqi, şaquli, 45 dərəcəlik, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq; Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltmək; Müvafiq material və məhsullardan istifadə etməklə və müvafiq texniki şərtlərə uyğun olaraq yaranmış tullantıları müəyyən olunmuş yerə toplamaq; Qaynaq prosesi yekunlaşdıqdan sonra alət və avadanlıqların təhlükəsiz şəkildə növbəti istehsal mərhələsinə hazır olması məqsədilə mövcud tələblər əsasında təmizlənməsini təmin etmək