Namizədə dair tələblər: Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində); Yaş: 25-40; Təhlillər aparmaq, hesabat hazırlamaq bacarığı; Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti; Nəticəyə fokuslanmaq.Vəzifə öhdəlikləri: Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillər, sorğular və s. aparmaq, nəticələri təhlil etmək və ümumiləşdirmək; Ehtiyaclara uyğun təlim planı və proqramlarının hazırlanmasında iştrak etmək; Tədris materiallarının hazırlanmasında iştirak etmək; Təlim planının formalaşdırılması və icrası prosesində lazımi kommunikasiyanı həyata keçirmək; Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırmaq və onların, habelə təlimçilərin elektron bazasını formalaşdırmaq, təlim təchizatçıları və digər əlaqəli tərəflərlə danışıq və yazışmalar aparmaq; Təlim fəaliyyəti üzrə hesabatlar hazırlamaq, qiymətləndirmənin aparılması və iştirakçıların rəy və təkliflərinin əldə olunması üçün tədbirlər görmək; Təlim imkanları barədə məlumatlandırmanı həyata keçirmək; Yeni təlim metodlarının tətbiqi imkanlarını araşdırmaq və təkliflər vermək; Təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumların keçirilməsi, habelə xüsusi bülletenlər və digər nəşrlərin buraxılması ilə bağlı fəaliyyətdə iştirak etmək; Beynəlxalq səviyyədə meylləri izləmək, beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında iştirak etmək; Departamentə daxil olan sənəd və müraciətləri araşdırmaq və cavab layihələri hazırlamaq;İş qrafiki: İş saatları 09:00 – 18:00; Nahar ilə təmin edilmə; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; Şənbə və Bazar istirahət günü; İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında); Əmək haqqı müsahibə əsasında təyin olunur.Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “Təlim üzrə koordinator" yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.