"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.Tələblər: Ali təhsil Müştəri xidmətlərində və ya müştəri sorğuları ilə iş üzrə minimum 1 il təcrübə MS Office, xüsusən Excel ilə yüksək səviyyədə işləmək bacarığı olmalıdır Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq Komandada işləmək bacarığı Punktual, çevik, məsuliyyətli, detallara diqqətliVəzifələr: Gündəlik olaraq, danışıq etikasına əsasən müştərilərlə əlaqə saxlanılması Müştərilərdən daxil olan bütün rəy və sorğularla işin aparılması Filiallar ilə əməliyyat bölməsi arasında koordinasiya işinin aparılması Tərəfdaş şəbəkəsi ilə kommunikasiyanın aparılması Tələb olunan hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi Müştəri məmnuniyyəti üçün çalışmaqİş şəraiti: Gənc və mehriban kollektivdə iş İş vaxtı 6 günlük Əmək haqqı 500 Nahar şirkət tərəfindən aylıq ödənilir