Vəzifələr və məsuliyyətlər Şirkət tərəfindən təqdim edilən elektronika məhsullarının (mobil telefonlar, məişət texnikası, komputer və aksessuarlar və s.) effektiv satışını həyata keçirmək. Müştəriləri qarşılamaq, ehtiyaclarını öyrənmək və onlara uyğun məhsullar təklif etmək. Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək. Satışın rəsmiləşdirilməsi üçün lazımi sənədləşməni həyata keçirmək. Gündəlik və aylıq satış planlarını yerinə yetirmək və aşmaq üçün aktiv çalışmaq. Nağd və ya kreditlə satış prosedurlarına riayət etmək. Satış sonrası xidmət göstərmək, müştəri şikayət və sorğularını cavablandırmaq. Müştərilərin şikayətlərini operativ həll etmək və ya aidiyyəti şöbəyə yönləndirmək. Müştərilərin üstünlükləri və bazar tələblərini təhlil edərək satış texnikalarını təkmilləşdirmək üçün təkliflər vermək. Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək. Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək. Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək. Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq. Tələb edilən bacarıqlar və təhsil Ali və ya orta ixtisas təhsili. Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır. Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq. Azərbaycan dili sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür. MS Office proqramları (Word, Excel) və 1C proqramlarını bilmək. Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları. Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı. Problemləri həll etmə və qərarvermə bacarığı. Komanda ilə işləmə və təşəbbüskarlıq. İş saatları və əmək şərtləri Əmək haqqı:   Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək; İş qrafiki:        6 günlük iş qrafiki. Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına MÖVZU HİSSƏDƏ VAKANSİYA ADINI qeyd edərək göndərə bilərlər.  

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
3 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
8+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan