“Güvənli MMC” kredit təşkilatı Məlumat mərkəzi mütəxəssisi vəzifəsi üzrə işçi qəbulu elan edir.
İş haqqında məlumat :
Müştərilərdən daxil olan telefon zənglərinə cavab vermək;
Müştərilərə kredit məhsullarımız barədə ətraflı məlumat vermək;
Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 18:00-dək, şənbə günü 10:00-dan 16:00-dək.
Əmək haqqı : 400 AZN +bonus
Tələblər :
Zəngləri müsbət enerji ilə cavablandırmaq ,telefonda ünsiyyət bacarığı;
Özünə inam, diqqətli və səbrli olmaq, eynilikdən qaçmaq, tənqidləri qəbul etmək;
Müsbətə fokuslanmaq, işini və müştəriləri sevmək;
Dissiplin və subardinasiya qaydalarına riayyət etmək, məsuliyyətli olmaq
Komandada işləmək bacarığı;
Kompüter bilikləri: MS Office proqramları, komputerdə çevik işləmək bacarığı;
Səs tonu önəmlidir (Özünə güvən), savadlı nitq və gözəl düzgün diksiya ;
Mükəmməl kommunikasiya qabiliyyəti, mülayim və xoşməramlı olmaq;
Satışa meyli, telefonla satış etmə bacarığı;
Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış.
Qeyd olunan tələblərə uyğun namizədlər CVlərini [email protected] elektron ünvanına “Məlumat mərkəzinin mütəxəssisi ” qeyd etməklə göndərə bilərlər.