Şirkətin Təsviri
Güvənli” MMC kredit təşkilatı 01 avqust 2020-ci il tarixindən etibarən lombard kreditləri üzrə fəaliyyətə başlamış və öz filial şəbəkəsini qısa zaman çərçivəsində 5 filiala çatdırmışdır. Bizim başlıca məqsədimiz əlinizdə pul və üzünüzdə təbəssüm yaratmaqdır. Etdiyiniz təşəkkür və təbəssüm bizim ən böyük qazancımızdır. Bunun üçün: - Müştərinin daha əlçatan olması üçün- Filiallarımız Bakı şəhəri və regionlar üzrə mərkəz və fərqli istiqamətlərdə nəqliyyat qovşaqlarının ən sıx toplaşdığı ərazilərdə açılması; - Ən sərfəli şərtlərlə kreditləşmə; - Sürətli və keyfiyyətli xidmət – vaxtınıza qənaət; - Müştəri məmnuniyyəti- Hər bir müştəri bizim üçün dəyərlidir. Bizə təqdim olunan girovun etibarlı və tam şəkildə saxlanılması və qorunması ən başlıca məqsədimiz və borcumuzdur. Missiya – Müştəri məmnunluğu və Güvənliliyini daha yüksək səviyyəyə gətirən və ən böyük aktivi insan kapitalı olan bir təşkilata çevrilmək. Strateji baxışımız – Müştərilərimizə operativ və keyfiyyətli xidmət göstərmək, hər bir insanın sevgi ilə davamlı çalışmaq istədiyi iş yeri olmaq üçün daha geniş miqyaslı xidmət şəbəkəsi yaratmaq. Dəyərlərimiz 1. Şəxsi keyfiyyət – Kadr seçimi zamanı ən çox bu dəyərə əhəmiyyət verilir və bunun nəticəsində də müştərilərə dürüst və layiqincə xidmət göstəririk. 2. Güvənlilik- Bu işin ən təməlində güvən və etibarın olduğuna inanır və bunu hər zaman rəhbər tuturuq. 3. Davamlılıq- Müştəri davamlılığı bizim üçün ən vacib məsələdir. Ona görə də mövcud, yeni və əvvəl xidmət etdiyimiz hər bir müştəri diqqətimizdədir. 4. Gəlirlilik- İstiqrazlarımız əl çatan və yüksək qazanclıdır. Əməkdaşlıq - Əməkdaşlıq etdiyimiz hər bir partnyorumuzla münasibətlərimiz sıx, səmimi və mehriban ortamda qurulur. Bu mühit hər iki tərəfə öz töfhəsini verir.
Xəritə Məkan