Öhdəliklər: Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək; Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək; Tabeçiliyində olan heyyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək, motivasiya etmək, onlarda şirkət imici haqqında yüksək fikir formalaşdırmaq və komanda ruhunu qorumaq. Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək; Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək; Mağaza tərəfindən verilən mal sifarişlərini və mağazaların stokunu daimi nəzarət altında saxlamaq. İş şəraiti: İş rejimi: 6 günlük Əmək haqqı: 800-1000 AZN AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə İş yeri: Sumqayıt şəhəri Namizədə tələblər Cinsi: Kişi Yaş: 25 – 35 yaş arası Təhsil: Ali Azərbaycan dilini səlis bilməlidir, rus ingilis dili arzu olunandır Kompüter bilikləri: MC Office – sərbəst işləmək; İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq); Analitik düşüncə qabiliyyəti; Satış sahəsində minimum 3 il iş təcrübəsi olmalı; Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları olmalı; Problemləri effektiv şəkildə həll etməli; İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmalı. İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mağaza Meneceri” qeyd edərək şəkili CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz və ya (077) 342 24 18 əlaqə nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.