Vəzifə öhdəlikləri: Korporativ müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və iri miqyaslı müqavilələr bağlamaq bacarığı. Aktiv satış texnikalarından istafadə etmə bacarığı və müştərilərlə müqavilənin imzalanmasından başlayaraq onun icrasına qədər prosesi idarə etmək bacarığı. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün strateji planlaşdırma və iş prosesinin təşkili üzrə bacarıqlara malik olmalı. Səlis yazılı və şifahi nitq bacarığı, Power Point və digər alətlərdən istifadə etməklə prezentasiyaların ictimaiyyətə təqdim etmə bacarığı. Müştəri qarşısında öhdəliklərin (istehsalat, logistika, maliyyə şöbələri) yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün şirkətin daxili şöbələri ilə qarşılıqlı əlaqə qurmaq bacarığı. Mövcud müştərilər ilə əlaqələri qoruyub saxlamaq, mütəmadi olaraq onlarla ünsiyyətdə olmaq və müştəri məmnuniyyətini saxlanılması. Mövcud bazarın və rəqiblərin araşdırılması, satışın artırılması imkanlarını müəyyən etmə bacarığı. KPI-lara nail olmaq əzmi, uzunmüddətli nəticələr üçün motivasiyalı olmaq və şirkətin bazar payının artırılması. Yeni potensial müştərilərin araşdırılması, onların əməkdaşlığa cəlb edilməsi və müştəri bazasının artırılması. Məhsulların kanallar üzrə paylanmasına nəzarət etmək. İllik büdcənin hazırlanması, təsdiqlənməsi və nəzarət edilməsi. Qarşıya qoyulan hədəflərə yönəlmiş fəaliyyət göstərməsi. Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması. Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması. Tələblər: Biznes, satış və ya əlaqədar sahə üzrə ali təhsil Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi Yüksək kommunikasiya və müzakirə aparma bacarığı Korporativ müştərilər ilə işləmə təcrübəsi və geniş bazar bilikləri Rus və ingilis (upper-Intermediate) dillərini bilmək üstünlükdür Biz nə təklif edirik: Dinamik və peşəkar iş mühiti İnkişaf və karyera yüksəlişi imkanları Əmək haqqı: Razılaşma yolu ilə Bonus sistemi: Uğurlu satışlar və performansa görə əlavə bonuslar İş rejimi: 5 günlük iş qrafiki 08.00-17.00 Nahar təminatı, B2B/B2G görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır Məzuniyyət: Qanunvericiliyə uyğun ödənişli məzuniyyət Ofis-  Şüvəlan qəs., Almaz Yıldırım 4.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
3 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
15+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan