Vəzifə öhdəlikləri: Cəmiyyətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət edir; Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir; Korporativ satış ilə bağlı bazar araşdırmaları aparır; İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı həyata keçirir; Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi; Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi. Namizədə tələblər: Ali təhsil (biznes, menecment, və s. oxşar sahələr üzrə) Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması; Videomüşahidə kamera sistemləri , şəbəkə avadanlığı İP və TV kameralarının satışı sahəsində təcrübə üstünlükdür; Yaş həddi 30-40 Rus və ingilis dillərinin birini yüksək səviyyədə bilməli; Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli.