Təsvir: Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi; Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması; Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi; Böhran kommunikasiyalarının effektiv idarə edilməsi; Daxili kommunikasiya strategiyasının yaradılması və tətbiqində iştirak; Şirkətin missiya və dəyərlərinin əməkdaşlara aşılanması məqsədilə mütəmadi olaraq bu istiqamətdə layihələrin hazırlanması və icrası; PR layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması; Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsi Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili; Ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasının təmin edilməsi; Podratçı şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi; Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi. İş şəraiti: İş günləri: I-V günlər; İş saatı: 09:00-18:00; Vakansiya əvəzləmə xarakterlidir (minimum 1 il). Tələblər Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə); Səlis azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür; Mükəmməl yazılı və şifahi kommunikasiya və təqdimat bacarıqları, detallara diqqət; Sahə üzrə minimum 5 il iş təcrübəsi: Korporativ brendinq anlayışı, nüfuz idarəçiliyi və böhran kommunikasiyaları anlayışları üzrə dərin biliklər; Korporativ Sosial Məsuliyyət layihələrinin idarə edilməsi üzrə təcrübə; Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür; İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı; Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
4 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
3+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan