İş haqqında məlumat: Tələbələrin və məzunların iş ilə təmin edilməsi üçün şirkətlər ilə əlaqələrin qurulması və görüşlərin keçirilməsi; CV hazırlanması və iş intervyularına hazırlıq üzrə tələbələrə məsləhətlərin verilməsi və bu mövzularda seminarların keçirilmsəi; Vakant yerlərin araşdırılması, həmin iş yeri üzrə elanın hazırlanması və müvafiq iş elanları saytlarında yerləşdirilməsi; Müvafiq vakansiyalar üzrə müsahibələrin təşkili və namizədlərə cavabların göndərilməsi; Yeni əməkdaşlar ilə əmək müqavilələrinin bağlanması və onların DSMF sisteminə daxil edilməsi;Namizədə tələblər: HR sahəsində təcrübə: 1 il və daha çox; Müvafiq sahə üzrə Ali təhsil; AR Əmək Qanunvericiliyini bilməli; Azərbaycan dili biliyi əla səviyyədə, rus dili və ingilis dili bilənlərə üstünlük veriləcək; Sənədləşdirmə və yazışma qaydalarını yüksək səviyyədə bilməlidir; Təşkilati bacarıqlar, təşəbbüskarlıq; Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma; Microsoft Ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı: Word, Excel, Outlook, Power Point; LinkedIn platforması ilə işləmə bacarığı və təcrübə; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.İş qrafiki: 6 gün (həftə içi - 09:30 - 18:30, şənbə günü – 09:30 – 17.00)Əgər özünüzü bu vakansiya üzrə uyğun hesab edirsinizsə, o zaman CV-nizi [email protected] ünvanına göndərin. Məktubun başlığını "HR Manager" olaraq qeyd edin. Xoş günlər arzu edirik!