Namizədə dair tələblər: Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya və ya İnsan resursları sahəsində); Yaş: 23-35; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri; İşə qəbul müsahibələrinin aparılması bacarığı; Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti; Kollektiv və işçi heyəti ilə işləmə bacarığı. Vəzifə öhdəlikləri: İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək; Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək; Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması; Uğurlu namizədlərlə bağlı referansların alınması; Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi; İşə qəbul hesabatlarının hazırlanması; İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək; Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması; Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak. İş şəraiti: Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə; 5 günlük iş qrafiki(09:00-18:00); Nahar və korporativ nömrə ilə təmin edilmə; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; İş yeri: Bakı şəhəri,10-cu Köndələn küçəsi,2074-2077-ci məhəllə; Əmək haqqı: müsahibə əsasında təyin olunur.  Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə menecer" yazaraq [email protected] mail ünvanına və ya 077-441-56-22 nömrəsinin whatsapına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
7 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan