İnsan Resursları Departamentinin Karyera planlaması və tədris şöbəsində mütəxəssis
at
ATB Bank
Part Time
Təsvir: Təlim tələbatlarını müəyyən etmək, tədris və tədris-mövzu planlarını tərtib etmək, təlim materiallarını hazırlamaq, təlimi təşkil etmək; Bank əməkdaşları arasında tədris ehtiyaclarının öyrənilməsi məqsədilə sorğular keçirir, əməkdaşların təlim və seminarlarda iştirakını təşkil edir; Müxtəlif təşkilatlardan Banka daxil olan dəvətləri, təlim-tədris təkliflərini araşdırır, razılığa əsasən seminar, treyninq və konfranslarda və ya digər tədbirlərdə bank əməkdaşlarının iştirakını təmin etmək üçün danışıqlar aparır; Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırır; Təcrübəçilərin hazırlanması prosesini idarə edir; Əməkdaşların təşkil olunmuş yerli təlimlərdə iştirakı ilə bağlı təşkilatı məsələləri həll edir; Təşkil olunmuş təlimlərlə bağlı hesabatlar, arayışlar və məlumatlar hazırlamaq; Əməkdaşlar üçün əməyin mühafizəsinin normaları, qaydaları və prinsipləri, əmək və icra intizamının təmin edilməsi qaydaları üzrə təlimlər keçirir; Əməkdaşlarla öhdəliklərin bağlanması. Tələblər: Ali təhsil; Yüksək ünsiyyətqurma və dinləmə bacarığı; Sahə üzrə 1 ilə qədər iş təcrübəsi; Operativlik və dəqiqlik; Komanda işləmə qabiliyyəti; Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office); Azərbaycan dillini əla, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli.