Vəzifə və öhdəliklər: Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqinin aparması; Risklərə nəzarət və qiymətləndirilmənin aparılması; Risklərin qarşısını almaq/azaltmaq üçün tədbirlərin hazırlanması və həyata keçirilməsinin izlənilməsi; Yaranan riskləri proaktiv şəkildə təhlil etmək və potensial dələduzluq hallarının qarşısını almaq üçün əsas risk göstəriciləri və ölçülərinin müəyyənləşdirilməsi; Dələduzluq riski üzrə daxil olmuş insidentlərə dair məlumatların toplanması, araşdırılması; Dələduzluq hallarının aşkarlanması və qarşısının alınması məqsədilə strategiyaların hazırlanması; Proseslər üzrə mövcud risk nəzarət mexanizmlərinin monitorinqinin keçirilməsi; Dələduzluq halları üzrə araşdırma / Daxili nəzarət yoxlaması üzrə nəticələrə dair hesabatların hazırlanması, rəhbərliyə və maraqlı tərəflərə təqdim edilməsi; Analitik hesabatların hazırlanması; Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası. Biliklər: Ali təhsil (Maliyyə, audit, iqtisadiyyat, risklərin idarə edilməsi üzrə) Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün); Audit, Risk və Maliyyə sahələri üzrə ən azı 2 illik təcrübə; Azərbaycan dilində səlis danışıq və korporativ yazı qabiliyyəti; Yüksək yazılı və şifahi ünsiyyət bacarığı Hesabatların hazırlanmasına dair təcrübənin olması İngilis və Rus dili biliyi üstünlükləri; Peşəkar sertifikata (CFE, CİA, ACCA) üstünlük verilir. Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq; Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı; Daxili nəzarət prinsipləri, risklərin idarə edilməsi metodologiyaları haqqında güclü anlayış. Bacarıqlar: Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; Mürəkkəb məlumatları şərh etmək və dələduzluq fəaliyyətlərini göstərən nümunələri müəyyən etmək bacarığı, güclü analitik bacarıq; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Eyni anda birdən çox layihəni idarə etmək bacarığı.Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.