Vəzifə öhdəlikləri Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək Təhsil və ixtisas Orta, AliSertifikatlar Microsoft (arzu olunandır) Bilik və bacarıqlar Server, Storage və Şəbəkə avadanlıqları ilə iş təcrübəsi UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi E-Mail sistemlərinin (MS Exchange və s.) qurulması və sazlanması üzrə təcrübə Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə Dayanaqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v) Bulud texnologiyaları üzrə (MS Azure, Amazon WS, Google Cloud və MS Office 365) biliklər və iş təcrübəsi Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı Məlumatların ehtiyata alınması və bərpası işləri üzrə təcrübə Distributed File System (DFS) üzrə bacarıqlar Windows Deployment Services (WDS) üzrə bacarıqlar Windows Server Update Services (WSUS) üzrə bacarıqlar Scripting üzrə bacarıqlar Dil bilikləri Azerbaijani, English, RussianZəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.