Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə inzibatçı
at
Kontakt Home
Part Time
Vəzifə öhdəlikləri: Yeni açılan və ya bağlanan obyektlərin mühafizə olunması və ya mühafizədən çıxarılması üçün aidiyyatı orqanlara məktub vasitəsi ilə məlumat verilməsi; Mühafizə idarəsindən gələn müqavilələrin təsdiq etdirilməsi və geri göndərilməsi; Sms məlumatlandırılmasının məsul şəxslərə yönləndirilməsi və dəyişikliklərin təmin edilməsi, bütün obyektlər üzrə göndərilən mail məlumatlandırmalarının (açılış-bağlanış vaxtları, zonalarda olan xətalar) qəbulu və nəzarət edilməsi; Təhlükəsizlik kodlarının reyestrinin aparılması; Təhlükəsizlik sistemlərinin quraşdırılmasının və ya sökülmüş avadanlıqların uçotunun aparılması; ƏMTT üzrə təlimatların qeydiyyatını aparılması; Şirkətə məxsus obyektlərin təhlükəsizlik sənədlərinin hazırlanması, arxivləşdirilməsi və sənədlərdə aşkar edilən uyğunsuzluqlara düzəlişlərin edilməsi; ƏMTT xidməti bölməsinə ünvanlanan maillərin və ya müraciətlərin qeydiyyata alınması, bölmə rəhbərinə məruzə edilməsi və mailin cavablandırılması; FHN-nin Dövlət Yanğın Nəzarəti idarəsi tərəfindən gələn sorğulara əsasən yoxlamanın aparılacağı obyektlərlə bağlı bölmə rəhbərinə məlumat verilməsi; Yeni açılan mağazaların təxliyyə planlarının təsdiq edilməsi üçün FHN-nin dövlət yanğın nəzarəti idarəsinə məktubla müraciət olunması; Baş vermiş qəza bədbəxt və ya digər fövqəladə halların qeydiyyatının aparılması, bölmə rəhbərinə məruzə edilməsi və.s. Tələblər: Ali təhsil (müvafiq sahə üzrə arzu olunandır); Kargüzarlıq işlərində təcrübə və bacarıq; MS Office proqramlarında sərbəst iş bacarığı; Əməyin mühafizəsinə dair ilkin biliklər; Məsuliyyətlilik, operativlik, diqqətlilik. İş şəraiti: İş günləri: I-V günlər;
Daha çox Mühafizə xidməti vakansiyaları isbu.az-da - Axtardığın işbu!