Təsvir: İşə götürmə kampaniyalarına kömək və inkişaf etdirilməsi; İş müraciəti edənlərə vəzifə tapşırıqları, öhdəliklər, imtiyazlar, iş qrafikləri, iş şəraiti, yüksəlmə imkanları və sair məlumatların verilməsi; Şirkətin əmək haqqı strukturuna uyğun olaraq iş təkliflərinin hazırlanması; İnsan resursları siyasətlərini, prosedurlarını, qanunlarını və standartlarını yeni və mövcud işçilərə izah edilməsi; İş yerində təlim proqramlarının idarə edilməsi, daxili təlim sessiyalarının keçirilməsi, təlim proqramlarının səmərəliliyinin qiymətləndirilməsi; Bütün insan idarəetmə prosesləri və sistemlərində menecerlərə məsləhət və yardımçı olunması; Kadr dəyişikliyi və işdə saxlanma dərəcələri kimi işəgötürmə göstəricilərinin monitorinqi; İR siyasətlərinin monitorinqi, nəzərdən keçirilməsi, yenilənməsi və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi; İşçilərin rəylərini toplamaq və inkişaf sahələrini müəyyənləşdirmək üçün daxili sorğuların aparılması; İşçilərin illik, aylıq və digər mükafatlarının hazırlanması və idarə edilməsi; İşçilərin şikayət proseslərinə yardımçı olunması və məşğulluq proqramlarına və digər işçilərlə münasibətlərə nəzarətin edilməsi İntizam məsələlərinin şirkətin siyasətinə və əmək məcəlləsinə uyğun olaraq aparılması; Təyin olunmuş iş bölgüsü və ya funksiyası daxilində bütün işçilər üçün əlaqədar şəxs kimi fəaliyyət göstərilməsi; Təyin olunmuş iş bölməsindən və ya funksiyasından gələn bütün işçilərin sorğularına vaxtında və peşəkar dəstəyin göstərilməsi; Bütün işçilərin fəaliyyət formalarının işlənilməsi və müvafiq təsdiqlərin təmin edilməsi. Tələblər: İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi; İR biznes tərəfdaşlıq üzrə 3+ il iş təcrübəsi; Güclü analitik və problem həll etmə bacarığı; Əla təşkilatçılıq və insanlarla ünsiyyət bacarığı; Mükəmməl ünsiyyət və təqdimat bacarıqları və şirkət siyasətləri, iş elanları, rol təsvirləri və korporativ kommunikasiyaların yazılması üzrə müvafiq təcrübə; Ehtiyacları və potensial problemləri qabaqcadan düşünmək və qabaqcadan görmək bacarığı; Son tarixləri yerinə yetirmək üçün sübut edilmiş bacarığı olan əla vaxt idarəetmə bacarıqları; Təsir etmək, icra və düzgün nəticələrə nail olmaq bacarığı.