Tələblər: Ali təhsil (Tikinti üzrə olması üstünlükdür); Azərbaycan, İngilis və Rus dillərini bilməli; Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi; MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq; Tikinti sahəsi barədə məlumatlı olması. Şəxsi Maşını olmalıdır.Vəzifə öhdəlikləri: Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması; Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi; Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması; Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi; Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması; Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi; Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması; Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması; Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması; Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi; Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması; Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması; Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması; Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.