Şirkətin Təsviri
SAF Hospital
Şəhər
Bakı
SAF Hospital keyfiyyətli və geniş profilli xidmət təqdim edir.
Hospitalda ambulator, stasionar və səyyar olmaqla, 30-dan çox xidmət üzrə
rəsmi lisenziyaya sahibdir. Müayinələrin bir çoxu həm klinikada, həm də səyyar şəkildə aparılır.
Klinikada yüksək keyfiyyətli avadanlıqlarla müxtəlif profillərdə - kardio cərrahiyyə, ümumi cərrahiyyə, travmotoloji-ortopedik, oftalmoloji cərrahiyyə, neyrocərrahiyyə, plastik cərrahiyyə, uşaq cərrahiyyəsi və digər istiqamətlərdə əməliyyatlar icra olunur. Texniki-maddi resurslarla yanaşı, SAF Hospital öz sahəsi üzrə qabaqcıl və dərin bilik və təcrübəyə sahib peşəkar həkim və tibbi heyət ilə insan resurslarını zənginləşdirir.
Xidmətlərimiz:
Ambulator xidmətlər
Stasionar xidmətlər
Laborator müayinələr
Diaqnostik müayinələr
Poliklinik müayinələr
Səyyar xidmət (laborator, diaqnostik, polikliniki)
Lokal tibbi məntəqə xidmətləri
Kollektiv və mühit