Xaricdə təhsil almaq istəyən tələbələrə və valideynlərə ölkələr, universitetlər, proqramlar və təqaüd imkanları barədə ətraflı məsləhət (konsultasiya) vermək;
Tələbələrin akademik göstəricilərinə və büdcələrinə uyğun olaraq düzgün universitet və ixtisas seçiminə köməklik göstərmək;
Universitetlərə qəbul (Application) prosesini idarə etmək, lazımi sənədlərin (CV, motivasiya məktubu, tövsiyə məktubu və s.) hazırlanmasına dəstək olmaq;
Viza müraciəti prosesində tələbələrə bələdçilik etmək və sənədlərin toplanmasına nəzarət etmək;
Şirkətin tərəfdaş xarici universitetləri ilə rəsmi yazışmaları və kommunikasiyanı həyata keçirmək;
Potensial müştərilərin məlumat bazasını saxlamaq və mütəmadi olaraq izləmək (Follow-up).
Namizədə dair tələblər:
Təhsil: Ali təhsil (Xaricdə təhsil almış namizədlərə üstünlük verilir);
Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək, İngilis dili (ən azı B2 səviyyəsində);
Çin və ya Ərəb dili bilikləri olan namizədlərə xüsusi üstünlük veriləcəkdir;
Təcrübə: Xaricdə təhsil sahəsində minimum 3 il iş təcrübəsi;
Avropa, Amerika, Böyük Britaniya,Çin və Türkiyə təhsil sistemləri və viza prosedurları barədə məlumatlı olmaq;
Ünsiyyətcil, punktual, müştəriyönümlü və yüksək təqdimat bacarıqlarına malik olmaq;
Stressə davamlılıq və komandada işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəsmi əmək müqaviləsi (AR Əmək Məcəlləsinə uyğun olaraq);
Performansa bağlı olaraq artan cəlbedici bonus sistemi;
Peşəkar və mehriban kollektivdə karyera yüksəlişi imkanı;
Xarici universitetlərin təşkil etdiyi treninqlərdə və info-turlarda iştirak şansı.