Texnologiyaya marağın var və müasir veb tətbiqlərinin istifadəçilər üçün necə yaradıldığını öyrənmək istəyirsən?
Frontend Bootcamp-a qoşularaq 2 ay ərzində real layihələrdə iştirak et, istifadəçi interfeyslərinin hazırlanmasını, müasir frontend texnologiyalarını və responsiv dizayn prinsiplərini öyrənərək praktiki təcrübə qazan.
Bu proqram sənə həm Frontend sahəsində texniki bilik və bacarıqlarını inkişaf etdirməyə, həm də müasir veb texnologiyaları ilə işləyərək uğurlu karyera qurmaq üçün dəyərli təcrübə əldə etməyə imkan yaradacaq.