at
“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs
Part Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Nəzərinizə çatdırmaq istəyirəm ki, Xidmətimizdə yeni #vakansiya mövcuddur.
VAKANSİYA: Planlama mühəndisi
📍 İş yeri: Kəlbəcər şəhəri
🏢 İşəgötürən: “Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ
________________________________________
📝 Vəzifə öhdəlikləri:
🔹 Sifarişçi tərəf kimi layihənin ümumi planlamasının koordinasiyası və podratçıların təqdim etdiyi cədvəllərin təhlili və qiymətləndirilməsi;
🔹 Podratçı təşkilatlar tərəfindən təqdim olunan iş qrafiklərinin (Gantt chart, CPM və s.) texniki əsaslara uyğunluğunu yoxlamaq və təsdiq üçün təqdim etmək;
🔹 Layihələrin gedişatının plan və fakt üzrə müqayisəli təhlilini aparmaq, gecikmələri və səbəblərini müəyyənləşdirmək;
🔹 Tikinti sahəsində vaxt, resurs və texniki proseslərin səmərəliliyinin təhlili və rəhbərliyə hesabatların təqdim olunması;
🔹 Podratçı və subpodratçıların müqavilə öhdəliklərinə uyğun olaraq işlərin vaxtında və düzgün icrasını monitorinq etmək;
🔹 Tikinti qrafiki üzrə aylıq və ya həftəlik icra vəziyyəti barədə rəhbərliyə hesabatların hazırlanması;
🔹 Potensial riskləri öncədən təyin edərək, proaktiv planlama tədbirləri görmək;
🔹 Əraziyə baxışlar və texniki müşahidələr aparmaq, sahədəki işlərin planlamaya uyğunluğunu qiymətləndirmək;
🔹 Layihə üzrə başlanğıc planlama sənədlərinin (Master Plan, Milestone Schedule və s.) hazırlanması və izlənməsi;
🔹 İcrada iştirak edən tərəflərlə planlama üzrə koordinasiyanın təşkili, məlumat axınının səmərəli idarə olunması;
________________________________________
✅ Namizədə tələblər:
🔹 İnşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
🔹 Sifarişçi təşkilatda və ya layihə idarəedici (PMC) strukturlarda planlama və ya nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
🔹 Tikinti layihələrinin idarəedilməsi, normativ sənədlər və işin təşkili üzrə biliklər;
🔹 Podratçı tərəfindən təqdim olunan texniki və planlama sənədlərini oxuyub qiymətləndirmək bacarığı;
🔹 MS Project, Primavera P6 proqramlarında işləmə bacarığı (Yüksək səviyyə), Excel-də hesabat hazırlamaq;
🔹 Tikinti mərhələləri, resurs planlaması və iş qrafiklərinin strukturu haqqında dərin anlayış;
🔹 Yüksək analitik düşüncə, məsuliyyətlilik və texniki hesabatvermə bacarığı;
🔹 Komanda işi və sifarişçi olaraq müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı;
🔹 Azərbaycan dili mükəmməl, texniki ingilis dili arzuolunandır.
________________________________________
💼 Təklif olunur:
• Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun təminatlar;
• Müsahibə əsasında rəqabətli əmək haqqı;
• Məskunlaşma və nəqliyyat təminatı (lazım olduqda);
• Dövlət sifarişi əsasında həyata keçirilən mühüm və uzunmüddətli tikinti layihələrində iştirak imkanı;
• Planlama və layihə idarəetməsi üzrə peşəkar inkişaf perspektivləri;
• Texniki heyətlə və dövlət strukturları ilə bilavasitə işləmək imkanı.
📩 Müraciət üçün:
CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz
🕐 Müraciət üçün son tarix: 31.07.2025