Tender üzrə Mütəxəssis
Şirkətimizə aşağıdakı tələblərə cavab verən Tender üzrə Mütəxəssis axtarılır:
Vəzifə öhdəlikləri:
Tender sənədlərinin hazırlanması və tender proseslərinin idarə olunması;
Texniki spesifikasiyaların analiz edilməsi və İT komandası ilə əməkdaşlıq;
Dövlət satınalmaları qanunvericiliyinə uyğun işlərin aparılması;
Elektron satınalma platformalarında (məsələn, e-tender.gov.az) işin təşkili və aparılması;
Tenderlə bağlı sənədlərin toplanması, saxlanması və hesabatların hazırlanması.
Tələblər:
Ali təhsil
Tender və satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
İnformasiya texnologiyaları sahəsində ümumi biliklər;
Azərbaycan dilində səlis danışıq və yazı;
İngilis dilində orta səviyyədə oxuma və yazma bacarığı;
Dövlət satınalmaları qanunvericiliyi və tender prosedurlarını yaxşı bilməsi;
Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və komandada işləmək qabiliyyəti.
Əmək şəraiti:
Əmək haqqı: 700 AZN;
İş saatları: 09:00 – 18:00, həftə içi 5 gün;
İş yeri: Çinar Plaza.