Təsvir

  • Backend inkişaf: Python (FastAPI və ya Django) və ya Node.js əsasında server tərəfli xidmətlərin qurulması, REST API-lərin yazılması və mövcud sistemlərə inteqrasiyası;
  • Frontend inkişaf: React və ya Next.js istifadə edərək istifadəçi interfeyslərinin qurulması və backend xidmətləri ilə əlaqələndirilməsi;
  • AI inteqrasiyası: OpenAI və Azure OpenAI API-ləri ilə işləmək, mövcud biznes proseslərinə LLM əsaslı komponentlərin əlavə edilməsi;
  • Verilənlər bazası ilə iş: SQL və NoSQL verilənlər bazalarının dizaynı, idarə olunması və optimallaşdırılması;
  • Avtomatlaşdırma: n8n və ya oxşar platformalar üzərində iş axınlarının qurulması, təkrarlanan işlər üçün Python əsaslı avtomatlaşdırmalar və scheduled job-lar hazırlanması;
  • AI alətləri ilə inkişaf: Antigravity, Cursor, Claude Code kimi AI əsaslı inkişaf alətlərindən istifadə edərək kod keyfiyyətinin və inkişaf sürətinin artırılması;
  • Cloud deployment: Hazırlanan həllərin Azure mühitində yerləşdirilməsi və production-a çıxarılması, servislərin işlək saxlanması.

Tələblər

  • Ali təhsil arzuolunandır;
  • Python (OOP, async yanaşma, təmiz kod prinsipləri) və ya Node.js ilə real layihə təcrübəsi;
  • React və ya Next.js ilə frontend inkişaf təcrübəsi;
  • SQL və NoSQL verilənlər bazaları ilə iş təcrübəsi üstünlükdür;
  • REST API qurma və mövcud sistemlərə inteqrasiya bacarığı;
  • OpenAI və ya Azure OpenAI API-ləri ilə real layihə təcrübəsi;
  • n8n və ya oxşar avtomatlaşdırma platformaları ilə iş təcrübəsi üstünlükdür;
  • AI əsaslı inkişaf alətlərindən (Antigravity, Cursor, Claude Code) istifadə bacarığı;
  • Azure biliyi: Azure Cloud servisləri (Blob Storage, Functions, App Service kimi) ilə iş təcrübəsi üstünlükdür;
  • RAG sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Proseslərin avtomatlaşdırılması və ERP prosesləri anlayışı üstünlükdür;
  • DevOps və MLOps bilikləri üstünlükdür;
  • İngilis dili: Texniki sənədləri (Documentation) oxuyub tətbiq edə biləcək səviyyədə;
  • Task-based iş rejiminə uyğunlaşma, sürətli çatdırma qabiliyyəti, müstəqil işləmə bacarığı və aydın texniki sənədləşdirmə təcrübəsi.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
21 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan