Satınalma və ya təchizat sifarişlərinin qəbulu. Alınması zəruri olan məhsulların vaxtında təmin olunmasının təşkili (nəzarətdə saxlanılması);
Mağazalardan gələn sifariş tələblərinin anbar qalığı və satış statistikası ilə müqayisə edilməsi;
Təkliflərin düzgün analiz olunması və müqayisəsinin təşkili;
Təchizatçı bazasının yaradılması və təchizatçıların qiymətləndirilməsi;
Yerli və xarici bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması, şirkət üçün ən sərfəli şərtlərlə müqavilələrin bağlanması, həmçinin digər sənədləşmə işlərinin görülməsi;
Təchizatçılarla daim çevik əlaqələndirmənin təmini (görüşlərin keçirilməsi, telefon danışıqları, email yazışmaları), həmçinin zərurət olduğu təqdirdə əvvəllər bağlanmış müqavilələrin yenilənməsi;
Bazar tendensiyalarının və rəqib strategiyalarının izlənilməsi;
Müvafiq hesabatların vaxtı-vaxtında rəhbərliyə təqdim edilməsi.
Satınalma və logistika üzrə menecer vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə cavab verməlidir:
Ali təhsilli;
Sahəsi üzrə ən azı 2 il əmək stajına malik olmalı;
Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dili arzuolunandır;
Ünsiyyət qurmaq və kollektivdə işləmək bacarığı olmalıdır;
İşgüzar yazışma əsaslarını bilməlidir;
Analitik düşüncə qabilyyətinə malik olmalıdır;
Sahəsi üzrə sənədləri tərtib etmə bacarığı olmalı
Sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
MS Office proqramlarını mükəmməl bilməlidir;