Satınalma üzrə mütəxəssis vakansiyası - İş elanları 2026
at
Rs Global Mmc
Yarı ştat
Elanın bitmə vaxtı
4 həftə sonra
Şirkətimiz qida məhsulları sahəsində fəaliyyət göstərən, təcrübəli və məsuliyyətli Satınalma üzrə mütəxəssis (Qida sektoru) axtarır.
Tələblər:
Yaş: 25–40
Satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi (qida sektoru üstünlükdür)
Təchizatçılarla işləmə və danışıqlar aparmaq bacarığı
Bazar araşdırması və qiymət analizləri aparmaq bacarığı
MS Office proqramlarında sərbəst işləmək
Məsuliyyətli, dəqiq və operativ olmaq
Sürücülük və şəxsi avtomobil (üstünlükdür)
Vəzifələr:
Təchizatçıların araşdırılması və seçilməsi
Məhsullar üzrə ən uyğun qiymət və şərtlərin təmin edilməsi
Sifarişlərin hazırlanması və icrasına nəzarət
Anbar və satış komandası ilə koordinasiya
Satınalma sənədlərinin düzgün aparılması
Təklif edirik:
Maaş: 1000 AZN
Stabil iş mühiti
Karyera inkişafı imkanı
İş qrafiki: 6 günlük iş rejimi
CV-lərinizi "Satınalma üzrə mütəxəssis" başlığı ilə göndərməyiniz xahiş olunur.