VƏZİFƏ ÖHDƏLİKLƏRİ: Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası; Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması; Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi; Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi; Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi; Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi; Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlərin vaxtında təqdim olunması) Təhlillərin aparılması və hesabatların hazırlanması.NAMİZƏDƏ TƏLƏBLƏR: Ali təhsil; Müvafiq sahədə iş təcrübəsi 1-3 il; Kompüter bilikləri -MS Office (Word,Excel,Outlook) ; Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir; Dil bilikləri: Azərbaycan, rus, ingilis (yüksək səviyyədə) ; Məsuliyyətlilik, planlaşdırmaq, komandada işləmək bacarıqları; Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları. Maraqlanan namizədlər CV-lərini cv@abv.az elektron ünvanına "Satınalma üzrə mütəxəssis" başlığını qeyd edərək göndərə bilərlər.