Satınalma üzrə kiçik mütəxəssis satınalma proseslərinin planlanması, təşkili və icrasında iştirak edərək şirkətin ehtiyaclarının vaxtında və optimal şərtlərlə qarşılanmasına dəstək göstərir. Bu rol təchizatçıların araşdırılması, qiymət təkliflərinin müqayisəli təhlili, tender və sorğu proseslərinin idarə olunması, həmçinin müqavilələrin hazırlanması və icrasının izlənilməsini əhatə edir.

+ ' ' +
  • Biznesin idarə edilməsi, Maliyyə, Təchizat Zəncirinin İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
  • CIPS və ya digər peşəkar satınalma sertifikatlarının olması üstünlükdür. 
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı.
  • Analitik düşüncə və problem həll etmə bacarığı.
  • Satınalma prosedurları və bazar araşdırmaları üzrə biliklər.
  • Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı.
  • Azərbaycan və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı.
  • Rus dili biliyi üstünlükdür. 
  • SAP, SAP Ariba və ya digər elektron satınalma platformaları ilə işləmə təcrübəsi.


+ ' ' +
  • Satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi.
  • Tenderlərin, sorğuların, müqavilələrin və təchizatçı münasibətlərinin idarə edilməsində təcrübə.
  • ERP və ya satınalma sistemləri ilə işləmə təcrübəsi üstünlükdür. 


+ ' ' +
  • Satınalma proseslərinin təşkilində və icrasında iştirak etmək, satınalma layihələrinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək.
  • Təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlillərin aparılmasını həyata keçirmək.
  • Satınalma prosedurlarına uyğun olaraq tender, sorğu və digər satınalma proseslərini idarə etmək.
  • Təchizatçılarla danışıqlar aparmaq, müqavilələrin hazırlanması və icrasına nəzarət etmək.
  • Daxili sifarişçilərlə əməkdaşlıq edərək satınalma ehtiyaclarını müəyyənləşdirmək və uyğun həllər təqdim etmək.
  • İllik Satınalma Planının icrasında iştirak etmək və aidiyyəti satınalma fəaliyyətlərinin plana uyğun həyata keçirilməsini təmin etmək.
  • Təchizatçıların fəaliyyətini izləmək, xidmət və məhsul keyfiyyətinin qiymətləndirilməsində iştirak etmək.
  • Satınalma fəaliyyətlərinin daxili siyasətlərə, prosedurlara və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etmək.
  • Satınalma fəaliyyəti üzrə hesabatlar, təhlillər və təqdimatlar hazırlamaq.
  • Satınalma proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və yeni alətlərin tətbiqində iştirak etmək. 


Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Daha çox Satış vakansiyaları üçün saytına keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı

İşə Baxış
Elan əlavə edildi:
10 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı