Vəzifə öhdəlikləri:
- Layihənin memarlıq bölməsinin yoxlanılması və tələb olunan dəyişikliklərin hazırlanması;
- Bina və tikililərin memarlıq layihələrinə və baş plana düzəlişlərin işlənməsi, layihələrin vaxtında və keyfiyyətlə icrasına nəzarət;
- Layihələndirmə tapşırıqlarının mövcud tikinti normativlərinə uyğunluğunu təmin etmək;
- Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasında və smeta hesablamalarında memarlıq həcmlərinin düzgün müəyyənləşdirilməsi;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqələndirilməsi və layihə materiallarının optimallaşdırılması;
- Tikinti prosesində müəllif nəzarətinin aparılması, materialların və konstruksiyaların normativlərə uyğunluğuna nəzarət;
- Normativ materialların hazırlanmasında iştirak;
- Görülən işlər üzrə texniki hesabatların hazırlanması.

Namizədə tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə);
- Minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlislik mütləq, ingilis dilində yaxşı səviyyədə danışa bilmək üstünlükdür.
- AutoCad, Revit, Excel proqramlarında işləyə bilmək üstünlükdür;
- “BoQ” və “Specification” hazırlamaq bacarığı;
- İnteryer bitiş detallarını həll etmə bacarığı.

Qeyd : Vakansiya rayonlar üzrə layihələrə şamil edilir və dəqiq iş yeri layihələrin gedişatından asılı olaraq təyin ediləcəkdir. 

İş şəraiti : 09.00 - 18.00
İş qrafiki : I - VI günlər

Əmək haqqı müsahibə əsasında namizədin bilik, bacarığına və gözləntisinə əsasən müəyyən ediləcək.

📩 Müraciət üçün:
Zəhmət olmasa CV, portfolionuzu və maaş gözləntinizi info@bymedgalchi.com ünvanına göndərin. Portfoliolu CV-lər üstünlükdür.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı , Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
8 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Təhsil
Bakalavr
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı , Azerbaijan