EDUGrata Təhsil Mərkəzinin Nərimanov filialı üzrə "Qeydiyyatçı" vəzifəsinə vakansiya mövcuddur.
Vakansiya tələbləri:
- Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;
- Öyrənmək və araşdırmaq qabiliyyəti;
- Ünsiyyət qura bilmə bacarığı;
- MS Office (Word, Excel əsasən) bilməyi üstünlükdür, əks halda öyrədiləcəkdir;
- Ali təhsil və ya təcrübə şərt deyil, önəmli olan ilk üç şərtin olmasıdır;
- Vakansiya xanımlar üçün nəzərdə tutulub (20-25 yaş daha məqsədə uyğundur);
- Yaşayış ünvanı filiala yaxın olmağı üstünlükdür.
Ünvan:
Nərimanov filialı - Nərimanov metrosu, Qədir Xum restoranın yanı, Nazim Hacıyev 36.
Vakansiyanın şərtləri:
- Əmək haqqı fiks maaş və bonuslarla tənzimlənir.
(Fiks məbləğ namizədin bilik və bacarıqlarına görə dəyişə bilər)
- iş saatı 9:00-dan dərs saatları bitənə kimi nəzərə tutulub. Ən gec bitən dərsimiz həftənin müəyyən günləri 18:30-da olur.
Bizimlə çalışmağın üstünlükləri:
- Fərdi və komanda şəklində inkişaf (əməkdaşlar üçün aylıq təlimlər təşkil edilir)
- Əmək müqaviləsi, daim vaxtında ödənilən və artan maaş sistemi
Qeyd:
🔹 Xahiş olunur ki, təhsil sahəsini sevən, təhsilə dəyər qatacağına inanan insanlar müraciət etsinlər.
🔹 Biznesin idarə edilməsi, Menecment, Marketinq və s. kimi ixtisas məzunları və ya Subbakalavrlar (kollec məzunları) vakansiya üçün daha uyğun hesab edilir. Məqsədimiz uzunmüddətli əməkdaşlıqdır.
🔹 Gələcəkdə müəllim kimi çalışmaq istəyən pedaqoji ixtisas məzunları müəllim kimi müraciət etsələr daha faydalıdır.
📌 Vakansiya üçün müraciət etmək istəyən şəxslər [email protected] adresinə
"Uyğun filialın adı və Qeydiyyatçı" başlığı ilə şəkilli CV fayllarını göndərə bilər. CV-ləri göndərərən zaman doğum tarixinizi və yaşayış ünvanınızı qeyd etməyi unutmayın.