Bank üzrə Software Asset Management (SAM) prosesinin tətbiqi, idarə olunması və davamlı təkmilləşdirilməsini təmin etmək;
SAM siyasəti, standartları, prosedurları və qaydalarını hazırlamaq, tətbiq etmək və yeniləmək;
Bank üzrə mərkəzləşdirilmiş proqram təminatı lisenziya reyestrini formalaşdırmaq və aktuallığını təmin etmək;
Lisenziyaların qeydiyyatını, istifadəsini, müqavilə şərtlərini, yenilənmə tarixlərini və uyğunluğunu (License Compliance) idarə etmək;
Lisenziyaların istifadəsini monitorinq edərək istifadə edilməyən, təkrarlanan və ya artıq lisenziyaları müəyyən etmək, reclaim, right-sizing və optimallaşdırma tədbirlərini həyata keçirmək;
Funksional baxımdan təkrarlanan proqram təminatlarını müəyyən etmək və konsolidasiya üzrə təkliflər hazırlamaq
Lisenziya uyğunluğu üzrə dövri yoxlamalar (Compliance Reviews) həyata keçirmək, Shadow IT, lisenziya pozuntuları və End-of-Life/End-of-Support proqram təminatlarını müəyyən etmək, risklərin idarə olunmasını təmin etmək;
Satınalma və Maliyyə bölmələrini yenilənmə (renewal), konsolidasiya və optimallaşdırma üzrə analitik məlumatlarla dəstəkləmək;
SAM proseslərini HR, IAM, Service Desk və digər korporativ sistemlərlə inteqrasiya, avtomatlaşdırma təşəbbüslərini həyata keçirmək;
SAM sahəsində beynəlxalq təcrübələri izləmək və Bank daxilində tətbiqi üzrə təşəbbüslər irəli sürmək.
Bank üzrə proqram təminatı lisenziya xərclərinin optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək
SAM üzrə dashboard və hesabatları hazırlamaq, proqram təminatı xərclərinin optimallaşdırılması və uyğunluq göstəricilərini izləmək;
Bizim üçün uyğun namizəd:
İnformasiya Texnologiyaları, İnformasiya Sistemləri, Kompüter Elmləri və ya digər uyğun ixtisas üzrə ali təhsilli;
Software Asset Management (SAM), IT Asset Management (ITAM), IT Governance, İT əməliyyatları (IT Operations), İT xidmətlərinin idarə olunması (ITSM), vendor və ya lisenziya idarəçiliyi sahəsində sahəsində minimum 3 il iş təcrübəsi olan;
Proqram təminatı lisenziyalaşdırılması, vendor müqavilələri və proqram təminatı xərclərinin idarə olunması üzrə praktiki təcrübəyə sahib;
SAM/ITAM həlləri ilə iş təcrübəsi olan;
Power BI, Tableau, SQL və ya digər analitik alətlərlə işləmək bacarığı üstünlük hesab edilir;
HR, IAM, Microsoft 365, CMDB və digər korporativ sistemlərin inteqrasiyası üzrə təcrübə üstünlük hesab edilir
ITAM Forum – Certified Software Asset Manager (CSAM) və ya ITIL, COBİT Foundation sertifikatları üstünlükdür.
Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilən şəxsdir.