Vəzifə öhdəlikləri: Bütün xidmətlərin optimallaşdırılmasını təmin etmək və tələbə uyğun olaraq kommersiya hesabatı üçün məlumatları toplamaq; Bütün tədarükçü və məhsul məlumatlarını təhlil etmək və kommersiya layihələri üçün müxtəlif hesabatlar hazırlanmasını təmin etmək; Bütün satınalma tələblərini təhlil etmək və optimal səviyyəsini təmin etmək üçün bütün vasitələrin effektivliyinə nəzarəti təmin etmək; Müvafiq məhsulların satışında qazanc potensialının artırılmasının təmin edilməsini həyata keçirmək; Məhsulların tədarükü ilə bağlı araşdırmalar aparılmasını təmin etmək və aidiyyəti məlumatları birbaşa rəhbərinə bildirmək; Şirkətin istehsal-idxal olunacaq mallarının planlaşdırılması üçün ilkin məlumatları hazırlamaq, Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq planlaşdırmanı həyata keçirmək,Tələblər: Ali təhsil - İqtisadi və ya biznes istiqamətli; İş təcrübəsi - 2 il; Dil bilikləri- Azərbaycan, İngilis dili; Məlumatların təhlilinə planlı yanaşma və vaxtı səmərəli idarə etmək bacarığı, ünsiyyət bacarıqları, yüksək analitik; Kompüter bilikləri - Excel yüksək səviyyədə Yaş həddi: 21-35 yaş; Əmək haqqı: Müsahibə əsasında Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Planlama və Biznes Analitik” qeyd edərək CV formasını hr@emsan.com.az elektron-poçt ünvanına göndərməyi xahiş olunur.