Bankda istifadə olunan modellərin (kredit riski, IFRS 9, skorinq, stress-test, likvidlik, GenAI və s.) müstəqil validasiya proseslərinin icrasında iştirak etmək
Modelin konseptual əsaslarını (theoretical soundness) detallı şəkildə analiz etmək və nəticələri sənədləşdirmək
İstifadə olunan metodologiyaların, statistik yanaşmaların və alqoritmlərin məqsədəuyğunluğunu və tətbiq korrektliyini test etmək
Modeldə istifadə olunan input məlumatlarının keyfiyyətini, tamlığını və etibarlılığını yoxlamaq
Model performans testlərini icra etmək (discriminatory power, calibration, accuracy, back-testing, benchmarking və s.)
Model üzrə aşkar edilmiş zəifliklər, risklər və məhdudiyyətlər barədə menecerə analitik rəy və input təqdim etmək
Model inventarına dair məlumatların (model adı, versiya, status, istifadə sahəsi və s.) yenilənməsində iştirak etmək
Model versiya dəyişiklikləri və rekalibrasiya prosesləri üzrə texniki yoxlamalar aparmaq
Model sənədlərinin (MDD, metodologiya sənədi, texniki əlavələr) tamlığı və uyğunluğunu yoxlamaq
Model Validasiya Hesabatlarının (MVR) hazırlanmasında analitik bölmələrin yazılmasına töhfə vermək
AMB və digər nəzarət orqanlarının sorğuları üzrə texniki məlumatların hazırlanmasında iştirak etmək
Basel, IFRS 9 və daxili metodoloji tələblərə uyğunluq üzrə praktiki yoxlamalar aparmaq
Validasiya nəticələrinə əsasən təkmilləşdirmə tövsiyələrinin formalaşdırılmasına dəstək vermək
Model risk göstəriciləri (KRI) üzrə hesablamalar aparmaq və nəticələri menecerə təqdim etmək
Daxili və xarici auditlər zamanı texniki izahat və sübutların hazırlanmasında iştirak etmək
Tələblər
Riyaziyyat, Statistika, İqtisadiyyat, Maliyyə, Data Science, Kompüter Elmləri və ya əlaqəli sahələr. Magistr dərəcəsi üstünlük hesab olunur
Bank, maliyyə institutu və ya konsaltinq şirkətində ən azı 1-2 il model risk, model validasiyası, risk analitikası və ya data science sahəsində iş təcrübəsi
Kredit riski, IFRS 9, skorinq və s. modelləri üzrə praktiki iş təcrübəsi üstünlükdür
GenAI, LLM və RAG texnologiyaları üzrə ümumi anlayışa və tətbiqetmə bacarıqlarına malik olmaq
Yüksək səviyyədə Microsoft Office, Python, SQL bilikləri
Model risk, validasiya və model lifecycle üzrə anlayışlar
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.