İşin Təsviri Midea Caucasus, 2007-ci ildən etibarən Cənubi Qafqaz regionunda fəaliyyət göstərən və Azərbaycanda tikinti texnologiyaları məhsullarını geniş kütləyə əlçatan edən Midea brendinin nümayəndəsidir. Şirkət ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən texnologiyaların tətbiqinə fokuslanır və regionda elektrotexniki məhsulların aparıcı istehsalçılarından biridir. Bakıda yerləşən yerli ofis (MİCA MMC) 2023-cü ildə yaradılıb və Midea brendinin məhsullarını B2B formatında paylamaq, tərəfdaşlara satışdan sonrakı xidmət, zəmanət xidməti və layihə məsləhətləri ilə dəstək vermək öhdəliyini daşıyır. Midea tikinti texnologiyaları aşağıdakı məhsul qruplarını əhatə edir: HVAC sistemləri (İstilik, havalandırma və kondisionerlər); Lift və eskalatorlar; Enerji idarəetmə sistemləri; Ağıllı ev və ağıllı işıqlandırma; Ağıllı kilidlər. Vəzifə haqqında Bu, Bakı şəhərində yerləşən Midea Caucasus (MİCA MMC) ofisində Pre-Sales Menecer üçün tam ştatlı iş yeridir.  Əsas vəzifələr: HVAC layihələrinin texniki yoxlanış; Layihələrdə təkmilləşdirmə imkanlarının müəyyən olunması, layihə dizayneri ilə müzakirələr və optimal həllərin tapılması; AutoCAD proqramında layihə çertyojlarının hazırlanması; İxtisaslaşdırılmış proqram təminatında layihə sənədlərinin tərtibi; (Təlim sınaq müddətində keçiriləcək). Tələblər: Mexanika və ya elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi; Hərbi xidməti başa vurmuş olması; İngilis və ya rus dillərindən birində sərbəst ünsiyyət bacarığı. Əlavə üstünlüklər: Performansa əsaslanan bonuslar, komanda quruculuğu tədbirləri, müxtəlif peşəkar inkişaf imkanları, pulsuz çay/kofe, korporativ mobil nömrə.

Maaş

1000 AZN

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Contractual
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan