İş barədə məlumat:
Şirkətimizin gündəlik əməliyyatlarının idarə olunmasında, satış prosesinin təşkilində və müştəri məmnuniyyətinin qorunmasında aktiv rol alacaq, dinamik və məsuliyyətli Menecer köməkçisi axtarırıq.

Əsas Öhdəliklər:
- Məhsul biliyi və müştəri təqdimatı: Məhsulları yaxından tanımaq, onların xüsusiyyətləri və üstünlükləri barədə dəqiq biliklərə sahib olmaq, rəqib məhsullarla müqayisəli analiz aparmaq və qonaqları peşəkar şəkildə qarşılayaraq düzgün məlumat təqdim etmək bacarığı;

- Satışdan Sonra Dəstək: Satışdan sonrakı prosesləri idarə etmək, müştəriləri çatdırılma və quraşdırılma barədə məlumatlandırmaq;

- Ofis və Vitrin İdarəçiliyi: Ofis daxili işlərin koordinasiyası, vitrindəki məhsulların düzülüşünə, qiymət etiketlərinə və təmizliyinə nəzarət etmək;

- Hesabatlılıq: Müştərilər üçün kommersiya təkliflərinin hazırlanması. Satış hesabatlarının hesablanması

- Rəqəmsal Ünsiyyət: Şirkətə gələn mesajların vaxtında və peşəkar şəkildə cavablandırılması.

Namizədə dair tələblər:
Təhsil: Ali təhsil (mütləqdir);

Yaş həddi: 20 - 30 yaş;

Proqram bilikləri: MS Office (xüsusilə MS Excel və MS Word) proqramlarında sərbəst işləmək bacarığı;

Analitik düşüncə: Çevik qərarvermə və analitik zəka;

Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət qurmaq bacarığı, detallara qarşı diqqətlilik və komandada işləmək qabiliyyəti.

İş şərtləri:
- Əmək haqqı: 600 AZN-dən başlayaraq (namizədin bilik və bacarıqlarına uyğun olaraq artan qrafiklə);
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

İş günləri :  həftənin 6 günü

Daha çox Satış vakansiyaları üçün saytına keçid edin.

Maaş

600 AZN

Aylıq esasinda

Məkan

Bakı, N.Yusifbəyli küç.42C

İşə Baxış
Elan əlavə edildi:
2 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, N.Yusifbəyli küç.42C