Mövcud kredit məhsulları və proseslərinin təhlili, təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təşəbbüslərin hazırlanması və icrasında iştirak;
Kredit müraciətlərinin emalı və qərarvermə proseslərinin sadələşdirilməsi, sürətləndirilməsi və effektivliyinin artırılmasına dəstək;
Yeni məhsul və həllərin hazırlanması zamanı məhsul şərtlərinin, qərarvermə məntiqinin və proses axınlarının (flow) formalaşdırılmasında iştirak;
Data əsaslı qərarvermə yanaşmalarının tətbiqinə və inkişafına töhfə vermək;
Məhsul və proses tələblərinin strukturlaşdırılması, biznes tələblərinin (business requirements) hazırlanması və sənədləşdirilməsi;
IT Business Analitiklər və development komandaları ilə sıx əməkdaşlıq edərək texniki tələblərin formalaşdırılması və implementasiya prosesinin izlənilməsi;
Kredit proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması istiqamətində təşəbbüslərdə iştirak;
Mövcud proseslərdə boşluqların və bottleneck-lərin müəyyən edilməsi və onların aradan qaldırılması üzrə təkliflərin verilməsi;
Müxtəlif biznes və dəstək funksiyaları arasında koordinasiyanın təmin olunmasına dəstək.
Tələblər
Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
SME kreditləri və ya korporativ kredit təhlili üzrə minimum 3 il iş təcrübəsi
Səlis Azərbaycan dili, İngilis dili biliyi (üstünlükdür)
Excel yüksək səviyyədə, SQL (üstünlükdür)
API, sistem inteqrasiyası və əsas IT anlayışları barədə baza bilikləri (üstünlükdür)
Biznes proseslərin modelləşdirilməsi üzrə anlayış
Maliyyə hesabatlarının təhlili və kredit riskinin qiymətləndirilməsi üzrə dərin biliklər
Underwriting və kredit qərarvermə prosesləri üzrə praktiki təcrübə
Proseslərin optimallaşdırılması və strukturlaşdırılması bacarığı
Analitik və data əsaslı düşünmə qabiliyyəti
Güclü ünsiyyət və stakeholder idarəetmə bacarıqları
Biznes və risk balansını düzgün qiymətləndirmə bacarığı