3A Group MMC – Laboratoriya Avadanlıqları Mühəndisi Şirkət Haqqında 3A Group MMC stomatoloji avadanlıqların Azərbaycanda aparıcı distribyutoru olaraq tanınır. Şirkət BEGO, AVİMETAL, SHINING 3D, DEPRAG, ARMARESİN və Paragon Tools kimi dünya marka məhsullarının rəsmi distribyutoru kimi fəaliyyət göstərir. Vəzifənin Təsviri •    Cad/Cam, Rentgen, 3D metal lazer və digər laboratoriya avadanlıqları, stomatoloji rentgenlər və peçlərin müştəri ünvanında peşəkar quraşdırılması və işə hazır vəziyyətə gətirilməsi •    Avadanlığın müştəriyə təhvil verilməsi, iş rejimi və istifadə qaydalarının izah edilməsi •    Bir il sonra texniki xidmət, nasazlıqla bağlı təmir, proqram təminatının yenilənməsi və avadanlığın parametrlərinin tənzimlənməsi •    Zəruri hallarda müştəri ilə texniki dəstək koordinasiyası, ehtiyat hissələrinin müəyyən edilməsi və təmin olunması Tələblər və Bacarıqlar      •    Mexanika və ya elektronika mühəndisliyi üzrə ali təhsil •    CNC texnologiyaları, stomatoloji rentgen sistemləri və tibbi peçlər üzrə minimum 2 il praktiki təcrübə •    Quraşdırma və servis sahəsində təcrübə, diaqnostika və təmir bacarıqları •    Proqram təminatında işləmə təcrübəsi (proqramlaşdırma, yenilənmə, diaqnostika) •    Problem həll etmə bacarığı, müştəri yönümlü yanaşma, kommunikasiya və analitik düşüncə •    Dil bilikləri: Yüksək səviyyədə ingilis dili biliyi (texniki sənədlər və ünsiyyət üçün), rus dili biliyi arzu olunandır. CV-də Görmək İstədiklərimiz 1.    Təhsil sənədləri (tibbi laboratoriya, biotexnologiya, mexanika, elektronika və ya əlaqədar sahə) 2.    CNC, rentgen və laboratoriya avadanlıqları üzrə iş təcrübəsi 3.    Proqram təminatı və servis/təmir işləri ilə bağlı nümunələr (sertifikatlar, portfel və ya referanslar) 4.    Müştəri kommunikasiya və koordinasiya bacarıqları

Maaş

Razılaşma ilə Rəqabətli əmək bazarına uyğun əmək haqqı

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
8 ay əvvəl
İş Tipi
Tam ştat
İş Rolu
Digər
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan