Kredit portfelinin məhsul, sektor, müştəri seqmenti və digər əsas göstəricilər üzrə təhlil edilməsi, əsas kredit risk indikatorlarının monitorinqi və risk meyillərinin müəyyənləşdirilməsi;
Kredit risklərinin stress-test, ssenari və sensitivlik təhlilləri, o cümlədən Vintage, Roll-Rate/Migration və digər analizlər vasitəsilə qiymətləndirilməsi, nəticələr üzrə təklif və fəaliyyət planlarının hazırlanması;
Bankın əsas risk göstəricilərinin, limitlərinin və Risk İştahası indikatorlarının monitorinqi, kənarlaşmaların müəyyən edilməsi və müvafiq tədbirlərin koordinasiyası;
IFRS 9/ECL və prudensial ehtiyatlar üzrə məlumatların hazırlanması və yoxlanılması, ehtiyatların dinamikasının təhlili və proqnozlaşdırılması, kənar audit prosesində iştirak edilməsi;
Daxili risk reytinqi və scoring sistemlərinin dövri əks-yoxlanılması və validasiyası, model performansının qiymətləndirilməsi və davamlı təkmilləşdirilməsi;
Kredit risklərinin təhlili və idarə edilməsi üzrə qayda, metodologiya və prosedurların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edilməsi;
Bankın likvidlik mövqeyinin, LCR, NSFR, ani likvidlik, likvidlik GAP-ı, likvidlik buferi və maliyyələşmə mənbələrinin monitorinqi, likvidlik riskləri üzrə stress-test və ssenari təhlillərində iştirak edilməsi;
Faiz dərəcəsi, valyuta və digər bazar risklərinin, o cümlədən açıq valyuta mövqeyi, faiz həssaslığı və risk limitlərinin monitorinqi, bazar riskləri üzrə stress-test və həssaslıq təhlillərində iştirak edilməsi.
Tələblər
Ali təhsil (iqtisadi, maliyyə, statistika, riyazi və ya əlaqəli sahə üzrə ixtisas);
Kredit, bazar və likvidlik risklərinin təhlili sahəsi üzrə iş təcrübəsi;
Mərkəzi Bankın normativ xarakterli qaydaları və bank məhsulları üzrə biliklər;
Microsoft Office proqramları və Oracle SQL üzrə yüksək səviyyədə işləmək bacarığı;
Likvidlik və bazar riskləri üzrə biliklər və praktiki təcrübə arzuolunandır;
FRM, CFA və ACCA sertifikatlarının olması arzuolunandır;
Analitik və tənqidi düşünmə, təhlil və qərarvermə bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və çeviklik;
Effektiv ünsiyyət və komandada işləmək bacarığı;
Azərbaycan dilində səlis, ingilis dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı.