Korporativ və KOS müştərilərin aktivləşdirilməsi və onlarda loyallıq proqramlarının formalaşdırılması;
Korporativ və KOS müştəriləri aktivləşdirmək və ya saxlamaq məqsədi ilə mütəmadi olaraq kampaniyaların keçirilməsi, təkliflərin və digər mesajların müştərilərə müxtəlif (rəqəmsal) kanallarla çatdırılması;
Korporativ və KOS müştərilərin loyallığının artırılması məqsədi ilə proqramlar və saxlanma strategiyalarının formalaşdırılması;
Korporativ və KOS seqment müştərilərinə yeni və çarpaz satış imkanlarının yaradılması məqsədilə effektiv satış və kommunikasiya kanallarının müəyyən edilməsi;
Davamlı olaraq, yerli və xarici bazarların araşdırılması, müvafiq sahədə ən yeni trendlərin analiz edilməsi və yeni innovativ məhsulların yaradılması və ya mövcud məhsulların təkmilləşdirilməsi istiqamətində təkliflər verilməsi;
Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
Müştəri seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və satışlara müsbət təsir edə biləcək təkliflərin hazırlanması.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli;
Minimum bir il Korporativ və ya Kiçik və orta sahibkarlara xidmət edən satış strukturlarında iş təcrübəsinə malik;
Güclü araşdırma bacarığına malik;
İngilis dili və Rus dili biliklərinin olması üstünlükdür;
Satış və ya məhsulların yaradılması sahələrində iş təcrübəsinə malik;
Yaxşı səviyyədə MS Excel bilikləri olan;
SQL biliklərinə malik (üstünlükdür);
Məlumatların vizuallaşdırılması üzrə biliklərə sahib;
Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmək həvəsi olan;
Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.