Korporativ bankçılıq komandamıza müştəri portfelinin idarə edilməsi və inkişafı üzrə peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz korporativ müştərilərlə münasibətlərin inkişaf etdirilməsində, kredit proseslərinin idarə olunmasında, satış imkanlarının artırılmasında və portfel üzrə risklərin effektiv idarə edilməsində aktiv rol alacaqsınız.
· Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
· Minimum 2 il korporativ bankçılıq, satış, maliyyə və ya müştəri münasibətləri sahəsində iş təcrübəsi;
· Maliyyə hesabatlarının oxunması və ilkin təhlil bacarıqları;
· Bank məhsulları və xidmətləri (kreditlər, trade finance, treasury, hesab-kassa xidmətləri, kart məhsulları və s.) üzrə biliklər;
· Bankın kredit prosesləri və risk menecmenti üzrə dərin biliklər;
· Rus və ya İngilis dilində əla səviyyədə bilik;
· Excel, PowerPoint, CRM sistemləri ilə işləmə bacarığı;
· Bank sektorunda və ya B2B mühitində satış və müştəri portfeli idarəçiliyi təcrübəsi;
· Korporativ müştərilərlə danışıqlar və görüşlərin idarə edilməsində təcrübə;
· Güclü təqdimat, satış, kommunikasiya,müştəri münasibətləri və danışıqlar aparmaq bacarığı;
· Müqavilə, hüquqi sənədlər və risk idarəetməsi sahəsində anlayışa malik olmaq;
· Biznes düşüncəsi və bazar trendlərini təhlil etmək bacarığı;
· Komanda ilə işləmək və daxili bölmələrlə effektiv koordinasiya;
· Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticə yönümlülük;
· Konfidensial məlumatlarla düzgün və etik davranış.
Aylıq esasinda
Bakı, Azərbaycan
Bakı, Azərbaycan