Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
Korporativ müştərilərdən daxil olan kredit müraciətlərinin qəbul edilməsi və biznes fəaliyyətinin, maliyyə vəziyyətinin və kredit qabiliyyətinin təhlilinin aparılması;
Maliyyə təhlilinin nəticələrinə əsasən kredit təkliflərinin hazırlanması və bankın daxili qaydalarına uyğun rəsmiləşdirilməsi;
Kredit sənədlərinin düzgün və tam şəkildə hazırlanmasının təmin edilməsi;
Müştərilərin maliyyə hesabatlarının və digər zəruri sənədlərinin təhlil edilməsi, kredit risklərinin qiymətləndirilməsi;
Kredit portfelinin monitorinqinin aparılması, ödəniş intizamına nəzarət edilməsi və potensial risklərin vaxtında müəyyənləşdirilməsi;
Tələblər
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və ya digər uyğun ixtisas üzrə);
Korporativ və ya biznes kreditlərinin təhlili və ya kreditləşmə sahəsində minimum 1–3 il iş təcrübəsi;
Biznesin maliyyə təhlili, maliyyə hesabatlarının təhlili və kredit risklərinin qiymətləndirilməsi üzrə biliklər;
Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;