Görəcəyiniz işlər: Bankın struktur bölmələri ilə birgə bankdaxili biznes prosesləri təhlil etmək və biznes proseslər üzrə qrafik təsvirləri (biznes proses modellərini) hazırlamaq; Biznes proseslərin təhlili, vizuallaşdırılması, idarə edilməsi və reyestrinin aparılması kimi istiqamətlər üzrə layihələrdə iştirak etmək, qabaqcıl təcrübələrin Bankda tətbiqi üçün araşdırmalar aparmaq; Bankın struktur bölmələrindən daxil olan sorğulara əsasən normativ sənəd layihələrini hazırlamaq və müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması prosesində iştirak etmək. Bizim üçün uyğun namizəd: Ali təhsili olan (xaricdə və biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, hüquq və ya digər uyğun sahələr üzrə ali təhsil arzuolunandır); Microsoft Office proqramlarından yaxşı səviyyədə (Word, PowerPoint – yüksək, Excel – orta) istifadə etmək bacarığına sahib olan; Səlis Azərbaycan dili biliklərinə malik olan; İngilis dilini yaxşı səviyyədə bilən; Punktual, detallara diqqət edən, effektiv ünsiyyət, konflikt həll etmək və təqdimat bacarıqlarına sahib olan. Biznes proseslərin təhlili, modelləşdirilməsi və idarə edilməsi sahəsində təcrübənin və peşəkar sertifikatların olması əlavə üstünlükdür.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
4 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan