Görəcəyiniz işlər:
• Məhsul sahibi və dizayn rəhbəri ilə birlikdə UX/UI dizaynlarının biznes tələblərinə və istifadəçi təcrübəsinə uyğun hazırlanması;
• Biznes ehtiyaclarının təhlili və dizayn həllərinə çevrilməsi, qərarların məlumatlarla əsaslandırılması;
• Kəmiyyət və keyfiyyət UX araşdırmalarının aparılması və istifadəçi yönümlü məhsulların hazırlanması;
• Fərziyyə testi, istifadəyə yararlılıq testi, A/B testləri və digər eksperimental metodlarla məhsulun istifadəyə yararlılığını yoxlamaq;
• CJM (Customer Journey Maps), User Flow, Mind Maps, İnformasiya Arxitekturası,
• Wireframe və interaktiv prototiplərin hazırlanması və təqdimatı;
• Dizayn sistemi ilə işləmək və inkişafında iştirak etmək;
• Məhsullar arası dizayn prinsiplərinə riayət etmək və yeni tendensiyalara uyğunlaşdırmaq;
• Agile və digər iş proseslərinə uyğun dizayn prosesini effektiv şəkildə riayət etmək;
• Dizaynların texniki uyğunluğunu təmin etmək, proqramçılarla sinxron işləmək və proqramlaşdırma üçün dəqiq dizayn materialları təqdim etmək;
• Mövcud məhsulların performansını təhlil etmək, UX auditi aparmaq və təkmilləşdirmə planları hazırlamaq;
• Yeni texnologiya və dizayn trendlərini izləmək və komandaya innovativ həllər təklif etmək.

Bizim üçün uyğun namizəd:
• UX/UI dizayn sahəsində 3+ illik iş təcrübəsi olması;
• Ali təhsilli olması;
• Təcrübənizi əks etdirən portfolio-nun olması;
• Figma, Adobe XD kimi dizayn proqramlarında yaxşı səviyyədə işləmə bacarığın olması;
• Dizayn sistemləri və komponent kitabxanaları ilə iş təcrübəsinin olması;
• Responsive və Adaptive dizayn prinsiplərini bilmək və tətbiq etməsi;
• İstifadəçi tədqiqatları, məlumat analitikası, kəmiyyət və keyfiyyət araşdırmaları üzrə təcrübənin olması;
• Prototip və Wireframing üzrə bacarığın olması;
• İstifadəyə yararlılıq testləri (Usability Testing) və A/B testləri icra etmək bacarığın olması;
• Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı, Rus dili üstünlükdür.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Yarı ştat
İş Rolu
Digər
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan