HR üzrə mütəxəssis tələb olunur Şirkətimiz peşəkar komandamıza qoşulmaq üçün minimum 3 il təcrübəsi olan HR mütəxəssisi axtarır. Vəzifə öhdəlikləri: Əmək müqavilələrinə müvafiq dəyişikliklərin edilməsi; Tam maddi məsuliyyət haqqında müqavilələrin bağlanılması; Vəzifə təlimatlarının və müxtəlif əmrlərin (işə qəbul, dəyişiklik, işdən azad, mükafat və s.) hazırlanması; ƏMAS sistemində məlumatların daxil edilməsi və düzəlişlərin aparılması; İşçilərin icbari sığortası üzrə tədbirlərin görülməsi; Məzuniyyət qalıqlarının və məzuniyyət qrafiklərinin hazırlanması; Kadr sənədləşməsinin əmək qanunvericiliyinə uyğun aparılması və müvafiq analizlərin həyata keçirilməsi; Sorğuların müvafiq qurumlara göndərilməsi; Staj və iş vaxtı uçotu cədvəllərinin tərtib edilməsi; Əmək haqqı cədvəllərinə uyğun hesabatların hazırlanması və uyğunsuzluqların aradan qaldırılması; Proqram bazasına məlumatların daxil edilməsi. Namizədə tələblər: Ali təhsil; HR sahəsində minimum 3 il iş təcrübəsi; Əmək qanunvericiliyi üzrə dərin biliklər; Elektron kadr uçotu sistemlərində (ƏMAS və s.) işləmə bacarığı; Sənədləşmə və yazışma bacarığı; Analitik düşüncə və məsuliyyətlilik; Komandada və müstəqil işləmə bacarığı. Şirkət təklif edir: Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf imkanı; Rahat iş mühiti. 📩 Müraciət üçün CV-nizi careers@balique.az ünvanına göndərməyiniz xahiş olunur.

Maaş

800 - 1,000 AZN

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
7 ay əvvəl
İş Tipi
Təcrübəçi
İş Rolu
Digər
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan