Vəzifə öhdəlikləri: Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək; Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı; Gündəlik müsahibə cədvəlinin aparılması; Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili; Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın veriməsi; Müsahibə nəticələrinin database-nin aparılması; İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq; İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək; Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək; Şirkət əməkdaşlarının iş qrafikinin tənzimlənməsini təmin etmək; Şirkət əməkdaşlarının motivasiyası üçün tədbirlər planı hazırlamaq; Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.Tələblər: Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır); İnsan Resursları sahəsində iş təcrübəsi - 1 ildən artıq; Azərbaycan dilini əla səviyyədə bilməli, rus və ingilis dilini bilməsi arzu olunandır; Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli; İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti; Stres altında işləmək bacarığı; Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə İş qrafiki: I-V günlər, 09:00-18:00 Əmək haqqı: razılaşma yolu iləYuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını elektron-poçt ünvanına göndərməyiniz xahiş olunur.