Seçilmiş namizəd Göz klinikasında həkim köməkçisi olaraq işləyəcəkdir. Günlük gələn bütün xəstələrin program təminatına girilməsi, xəstə-həkim arası əlaqə qurulmasına köməklik edilməsi, reseptlərin başa düşülməsində köməklik edilməsi, xəstə bilgilərinim düzgün şəkildə kartalara girilməsi, həkim programının düzgün tərtib edilməsi, sığortalı xəstələrin sənədlərinin düzgün şəkildə tərtib edilib aidiyyatı şöbəyə təhvil verilməsi. İş həftədə 6 gündür,işçilər rəsmi əmək müaviləsi üzrə işə qəbul edilir. Nahar şirkət tərəfindən pulsuz olaraq təmin edilir. Namizədlərdən yalnız şəkilli cv-lərini mail adresimizə göndərmələri xahiş olunur. Yalnız daha öncə bu sahədə işləmiş namizədlər işə qəbul ediləcəkdir. Namizədlərdən ali və yaxud tibb kolleci mezunu olanlara üstünlük veriləcəkdir.